Yaşlı qadın müasir incəsənət sərgisində təsadüfən 42 min dollarlıq heykəli sındırdı - FOTO

Yaşlı qadın müasir incəsənət sərgisində təsadüfən 42 min dollarlıq heykəli sındırdı - FOTO

Məşhur amerikalı rəssam Ceff Koons tərəfindən 42 min dollar dəyərində olan it şəkilli, rezin şar çini heykəli yaşlı bir qadın tərəfindən Mayamidəki “Art Wynwood” müasir incəsənət sərgisində sınıb.


Sfera.az bildirir ki, parlaq mavi heykəl “Bel-Air” İncəsənət stendində nümayiş etdirilib. Wynwooddan olan rəssam və sənət kolleksiyaçısı Stiven Qamson hadisənin nəticələrini lentə alıb.

 

Qalereya işçisi süpürgə və zibil qabı ilə gəlib, parçaları yığanda Gamson pərdə arxasında zarafat edib ki, heykəli hətta bu formada almağa hazırdır, çünki bu, sənətdir.

Hadisənin səbəbkarı sənət kolleksiyaçısı olan yaşlı qadındır. O, heykəlin həqiqi şar olub-olmaması ilə maraqlandığı üçün ona toxunub. Heykəl yüksək səslə yerə dəyib və parça-parça olub.


“Bel-Air Fine Art” sənət məsləhətçisi Benedict Kaluhun sözlərinə görə, bu bahalı sənət əsəri sığortalanıb.


Qeyd edək ki, Ceff Koons Kitsch, xüsusən də heykəltəraşlıq sənətinə olan həvəsi ilə tanınan amerikalı rəssamdır. Onun əsərləri müasir rəssamların ən bahalı əsərləri sırasındadır. O, özünün və keçmiş həyat yoldaşı, italyan porno ulduzu Cicciolinanın vulqar pornoqrafik şəkillərini yaradıb. Koons 20 ildir ki, nəhəng plastilin parçasının heykəli üzərində işləyir.


Koonsun əsərləri çoxları arasında ziddiyyətli fikirlərə səbəb olur. Məsələn, sənətşünas Robert Hughes iddia edir ki, Koons öz obyektlərini özü yaratmayıb, bunu 148 köməkçidən ibarət komandasına etibar edib.


Skeptiklər onu Andy Warhol ilə müqayisə edir, pərəstişkarları isə müasir incəsənətə əsaslı təsir göstərdiyini iddia etdikləri Amerika dahisi kimi ona hörmət edirlər.


Koonsun əsərlərinə təzə çiçəklərlə örtülmüş 13 metr hündürlüyündə West Highland Terrier Puppy və alüminiumdan hazırlanmış uşaq model kompleksindən 3 metr hündürlüyündə çoxrəngli dağ olan Play-Doh daxildir.


İncəsənətdəki ilk böyük uğuru 1988-ci ildə Maykl Ceksonun və onun şimpanzesinin demək olar ki, real ölçülü çini heykəlciklərinin, eləcə də Çəhrayı Panteranı qucaqlayan yarıçılpaq sarışının nümayiş etdirildiyi “Banality” adlı şou olub.


1991-ci ildə Koons əsl adı İlona Staller olan italyan porno ulduzu Cicciolina ilə evlənib. Cicciolina İtaliya parlamentinə seçilib və hətta bir dəfə İraq diktatoru Səddam Hüseyn girovları azad edəcəyi təqdirdə onunla cinsi əlaqədə olmağı təklif edib.


Onu ilk dəfə porno jurnalda gördükdən sonra Koons Romaya uçub və çıxışlarından birindən sonra səhnə arxasına keçib. O, ulduzu çılpaq və çətinliklə geyindiyi “Made In Heaven” adlı mübahisəli heykəllər və rəsmlər seriyasının yaradılmasında iştirak etməyə inandırıb.


Tənqidçilər dəhşətə gəlsə də, Koons bunun pornoqrafiya olmadığını təkidlə bildiri. Onun fikrincə, “sevgi ilə seks daha yüksək bir vəziyyətdir".


Dostlarının fikrindən daşındırmasına baxmayaraq, Ceff italyan gözəllə evləndi. 1992-ci ildə oğulları Lüdviq dünyaya gəlib. Övladlarının anadan olmasından bir il sonra cütlük boşanıb. Staller oğlunu İtaliyaya aparıb və Koons onu uşağı qaçırmaqda günahlandırıb. Sənətçi milyonlarla dolları məhkəmələrə sərf etsə də, uduzub. Keçmiş həyat yoldaşına o qədər qəzəbli olub ki, qalan bütün işbirliklərini kəsib.


Sənətçinin ikinci həyat yoldaşı, cənubi afrikalı rəssam Castin Uilerdən daha altı övladı

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR