“Ağ ölüm” adlı tamaşadan - FOTOREPORTAJ

“Ağ ölüm” adlı tamaşadan - FOTOREPORTAJ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında narkomaniyaya yox deyək şuarı altında “Ağ ölüm” teatr tamaşası nümayiş olunub.

 

Sfera.az bildirir ki, tamaşanın əsas mövzusu narkotiklərin qanunsuz dövriyyəsi və bu gün dünyanı narahat edən əsas problemlərdən biri olan narkomanlıqdır. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

 

Samir və onun başına gələn bu qorxunc bəladan bəhs edən tamaşa Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı çərçivəsində hazırlanmışdır.

 

Sfera.az-ın əməkdaşının Gənc Tamaşaçılar Teatrının istedadlı aktyor və aktrisaları tərəfindən nümayiş olunan “Ağ ölüm” tamaşasından hazırladığı fotoreportajı təqdim edirik:

 

ANAR BAYRAMLI

Sfera.az


OXŞAR XƏBƏRLƏR