XƏBƏRDARLIQ: Yollarda görmə məsafəsi məhdudlaşacaq

Cəmiyyət
19:12 / 18.02.2023
21699
Fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.