Xamneyi Türkiyədəki zəlzələdən danışdı: “Bütün müsəlmanlar narahatdır”

Xamneyi Türkiyədəki zəlzələdən danışdı: “Bütün müsəlmanlar narahatdır”

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər böyük hadisədir”.

 

Sfera.az bildirir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamneyi deyib.

 

O, İslam ölkələrinin birliyinə diqqət çəkib. “Müsəlmanların həqiqətən əməkdaşlığa və həmrəyliyə ehtiyacı var. Biz bu əməkdaşlığı təmin etməliyik. Bəzən gözlənilməz problemlər və fəlakətlər baş verə bilər. Türkiyə və Suriyada baş verən zəlzələ də bütün müsəlmanları narahat edir. İslam ölkələri bu hadisəyə biganə qala bilməz. Yəni sözün əsl mənasında hər kəs bu ağrı və iztirabı hiss etməlidir”, deyə o, əlavə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR