Priqojin Fransa prezidentinin “Vaqner” qrupu ilə bağlı ittihamlarına cavab verib

Priqojin Fransa prezidentinin “Vaqner” qrupu ilə bağlı ittihamlarına cavab verib

Ötən gün Fransa prezidenti Emmanuel Makronun “Vaqner Qrupu” ilə bağlı çıxışı səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, bu barədə ölkə başçısı Münxen Təhlükəsizlik Konfransında danışıb:

 

“Bir il əvvəl Putinlə danışdım və o, məni əmin etdi ki, Rusiyanın “Vaqner Qrupu” ilə heç bir əlaqəsi yoxdur. Bunu qəbul etdim. Lakin “Vaqner Qrupu” o vaxtdan bəri Rusiyanın müharibə səylərini dəstəkləmək üçün hərbi xidmətlər göstərib. Bu o deməkdir ki, Moskva “Vaqner”in bütün dünyada Rusiyanın açıq, birbaşa, diplomatik-hərbi, neomafiya vasitəsi olması faktını rəsmiləşdirib”.

 

"Vaqner"in rəhbəri Yevgeni Priqojindən sözügedən açıqlamaya dərhal reaksiya gəlib. Priqojin Vladimir Putini onu aldatmaqda ittiham edən Makrona “Telegram” kanalından cavab verib.

 

““Vaqner”in heç vaxt Rusiya ordusu ilə əlaqəsi olmayıb. “Vaqner” bütün dünyada fəaliyyət göstərən və buna davam edəcək olan özəl ordudur”, - Yevgeni Priqojin bildirib.

 

O,  həmçinin qeyd edib ki, Makron illüziyalar aləmində yaşayır və həm Moskvada, həm də Afrikada baş verənlərdən xəbərsizdir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR