Fəxrəddin Qoca: Zəlzələ bölgəsində epidemiya riski nəzarət altındadır

Cəmiyyət
15:45 / 18.02.2023
21605
"Fəlakət bölgəsində mümkün yoluxucu xəstəliklərlə bağlı risklər artıq erkən xəbərdarlıq sisteminin qurulması ilə nəzarət altındadır".
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, zəlzələ nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 6108, evə buraxılanlar isə 13612 nəfərdir.
Son 12 gündə zəlzələ bölgəsində 962 482 nəfər ilkin sağlamlıq müayinəsindən keçib.