“Ukraynaya silah yardımını artırmalıyıq, Putin qalib gəlsə...” – NATO-nun baş katibi

“Ukraynaya silah yardımını artırmalıyıq, Putin qalib gəlsə...” – NATO-nun baş katibi

"Əksəriyyət Ukraynaya hərbi yardımın münaqişəni gərginləşdirə biləcəyindən narahatdır. Lakin risksiz variant yoxdur”.

 

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

“Putinin qələbə qazanmaq riski daha yüksəkdir”,-  Stoltenberq bildirib. O, silah istehsalı və Ukraynaya çatdırılma həcmini mümkün qədər artırmağa çağırıb.

 

Stoltenberqin sözlərinə görə, Rusiyanın qələbəsinin qarşısını almaq üçün NATO Ukraynaya hərtərəfli dəstəyi davam etdirməlidir. "Yoxsa bu, bizim üçün son dərəcə təhlükəli olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR