Türkiyəyə generatorlar göndərildi - FOTOLAR

Cəmiyyət
14:58 / 18.02.2023
23019
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.
Sfera.az bildirir ki, Güclü Azərbaycan İctimai Birliyi də Türkiyəyə yardım göndərənlər sırasında yer alıb.
Zəlzələnin baş verdiyi Kahramanmaraş bölgəsinə 6 min dollarlıq yüksək gərginlikli generatorlar göndərilib.
Qeyd olunub ki, sözügedən qurğular zərərçəkənlər üçün qurulan çadır şəhərciyinə çatdırılması üçün yola salınıb.