Bayden Varşavadan Putinə hansı mesajları verəcək? - Açıqlama

Bayden Varşavadan Putinə hansı mesajları verəcək? - Açıqlama

ABŞ prezidenti Co Bayden Varşavadan  Putinə "mesaj” göndərəcək.

 

Sfera.az bildirir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.  Qeyd olunub ki, ABŞ həmçinin, NATO-nun Ukraynaya kömək etmək üçün görünməmiş səylərini təqdir edəcək.

 

“Bayden çərşənbə axşamı Varşavada səfərdə olacaq və Polşa prezidenti Anjey Duda ilə görüşəcək. Bundan əlavə, Ağ Evin məlumatına görə, o, gələn həftə Britaniya, Fransa və İtaliya liderləri ilə telefonla danışacaq. Almaniya kansleri Olaf Şolz isə martın 3-də Vaşinqtonda olacaq”, deyə qəzet bildirib.

 

Lakin Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Baydenin əsas çıxışı Vaşinqtonun Ukraynaya dəstək olmaq üçün dünya ölkələrinin əməkdaşlıq perspektivləri barəsində olacaq.

 

“Prezident Bayden açıq şəkildə bildirəcək ki, Birləşmiş Ştatlar Ukraynanın yanında qalmağa davam edəcək - nə qədər lazımdırsa… Lakin ABŞ prezidentinin cənab Putinə, eləcə də rus xalqına mesajını eşidəcəyinizə şübhə edirəm”.

 

Kirbi həmçinin deyib ki, Bayden səfər zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək və ya Ukraynaya səfər etmək niyyətində deyil.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR