Almaniya kanslerindən “məni aldatdılar” açıqlaması

Almaniya kanslerindən “məni aldatdılar” açıqlaması

Almaniya kansleri Olaf Şolz Ukraynaya tankların verilməsi məsələsində Qərb tərəfdaşlarının passivliyindən məyus olduğunu deyib.

 

Sfera.az bildirir ki,  kansler bu barədə Münxen Təhlükəsizlik Konfransında danışıb. “Financial Times” qeyd edib ki, Olaf Şolz ortaqlarının onu aldatdığına inanır.

 

Belə ki, Almaniya kansleri konfrans zamanı jurnalistin “Qərb müttəfiqlərinizi Ukraynaya tanklar göndərməyə inandırmalısınızmı?” sualına belə cavab verib: "Bu, başqalarına, xüsusən də məni hərəkətə keçməyə sövq edənlərə verməli olduğum sualdır".

 

Xatırladaq ki, Qərb müttəfiqləri aylardır Almaniyaya öz tanklarını Ukraynaya göndərmək üçün təzyiq göstərirlər. Almaniyanın Ramşteyn hərbi bazasında NATO ölkələrinin müdafiə nazirliklərinin nümayəndələrinin görüşü nəticəsində Ukraynaya tankların göndərilməsi qərara alınıb. Almaniya Kiyevi “Leopard” tankları ilə təmin etməyə hazır olduğunu, həmçinin üçüncü ölkələrdən belə tankların təkrar ixracının mümkünlüyünü dəstəklədiyini bəyan edib. Daha sonra Danimarka və Hollandiya tankları Ukraynaya təkrar ixrac etməkdən imtina ediblər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR