18 qanunsuz miqrantın cəsədi olan yük maşını tapıldı - Hamısı boğularaq ölüb

18 qanunsuz miqrantın cəsədi olan yük maşını tapıldı - Hamısı boğularaq ölüb

18 qanunsuz miqrantın cəsədi olan yük maşını tapıldı - Hamısı boğularaq ölüb 

 

Bu gün Bolqarıstanda Əfqanıstandan olan 18 qeyri-qanuni miqrantın cəsədi olan yük maşını tapılıb. 

 

Sfera.az bildirir ki, bu barədə Bolqarıstan Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafov məlumat verib.

 

Borislav Sərəfovun sözlərinə görə, ölənlər daşınan taxta-şalbanın altında olan xüsusi gizlənmə yerində olublar.

 

"Hazırda sağ qalan 34 nəfər Milli İstintaq Xidmətində dindirilir. Onlardan bəzilərinə müvafiq tibb müəssisələrində tibbi yardım göstərilir"- deyə Sərəfov bildirib.

 

Əfqanların taxta-şalban olan kupenin altında yerləşən xüsusi anbarda olduqları bildirilir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Milli İstintaq Xidmətinin 10 müstəntiqi, prokurorlar və Daxili İşlər Nazirliyinin əməkdaşları faciə yerində işləyir.

 

Borislav Sarafovun sözlərinə görə, əfqanların ölümündə günahkar olanların, xüsusən də yük maşınının sürücüsünün müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları 16 DNT nümunəsi götürüblər.

 

Milli İstintaq Xidmətinin rəhbəri onu da qeyd edib ki, artıq saxlanılanlar var, lakin onlara qarşı hələlik ittiham irəli sürülməyib. Şübhəlilər və saxlanılan şəxslərin evlərində axtarışlar aparılır.

 

Sofiya şəhər prokuroru İliana Kirilova:

“Kifayət qədər sübutlar toplandıqdan və şahidlər dindirildikdən sonra kimin ittiham olunacağına sabah qərar veriləcək. Düşünürəm ki, miqrantların qanunsuz keçidlərinə görə məsuliyyətə cəlb olunmasını da nəzərdən keçirməliyik"-deyə bildirib.

 

 Zərərçəkən miqrantlar arasında beş uşaq da var.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə 6 həkim briqadası göndərilib. KİV-in məlumatına görə, xəstəxanaya yerləşdirilən 34 miqrant arasında beş uşaq olub. Ölənlər arasında 6-7 yaşlı uşaq da var.

 

“Radio Bulgaria” Bolqarıstan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən əfqan miqrantların boğulma nəticəsində öldüyünü bildirib. Yük maşınının sahibi isə avtomobilin oğurlanması barədə özü polisə müraciət etdikdən sonra saxlanılıb.

 

Xatırladaq ki, yanvarın 26-da Belarusda 46 qeyri-qanuni miqrant Polşa ilə sərhədi keçməyə cəhd edərək, Polşa patruluna daş atıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, Sərhəd Xidmətinin xidməti avtomobilinə ziyan dəyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR