Dünya həm çox maraqlı, həm də qəribə olub - Tarixdə baş verənlər

Dünya həm çox maraqlı, həm də qəribə olub - Tarixdə baş verənlər

Bir zamanlar dünya həm çox maraqlı, həm də qəribə olub. Yuxunun yozması pisdir deyə baş kəsən kim, qardaşını həbsə məhkum etməklə sultanlığı və dünyanı tutub duracağını düşünən kim…


Sfera.az bu qəribə zamanlardan qısa məlumatlarla zəngin bəzi maraqlı məqamları sizə təqdim edir.



1. IX Qreqori 13-cü əsrdə pişiklərə müharibə elan edib.

Açıklama yok.

Qriqori düşünürdü ki, xüsusilə qara pişiklər şeytan işi ilə əlaqəlidir. Bütün Avropada pişik populyasiyası böyük ölçüdə məhv edilib. Nəticədə, zaman keçdikcə siçovulların sayı artaraq vəba xəstəliyinə səbəb oldu.


2. Süfrələrimizin əvəzolunmaz hissəsinə çevrilən pomidor 1820-ci illərdə dünyanın əksər hissəsi tərəfindən zəhərli sayılırdı.

Açıklama yok.

Pomidorların ölümcül olması ilə bağlı şayiələri dağıtmaq üçün Robert Gibbon Conson Nyu Cersidə izdiham qarşısında bir səbət pomidor yeyib.


3. Ketçup bir vaxtlar dərman sayılırdı.
Açıklama yok.

Dr. John Cooke Bennett 1830-cu illərdə pomidorun ishal və həzmsizlik üçün yaxşı olduğunu iddia edib. Bundan sonra hətta pomidor və ketçup da narkotik formada satılırdı.


4. Roma imperatoru Kaliqula sevimli atını senator etməyi planlaşdırırdı.
 

Açıklama yok.

İmperatorun çox sevdiyi atı üçün fil sümüyündən hazırlanmış bir axur var idi və atının nökərləri üçün saray vermişdi. Qısa ömürlü imperatorun digər qəribəliklərini eşidəndə atı ilə olan münasibətləri ən “şükürlüsüdür” (Bu barədə gələn yazılarda).


5. İngiltərə Viktoriya dövründə qadınlar üçün məmə pirsinqləri dəbdə idi.
 

Açıklama yok.

Qızıl üzüklər və pirsinqlər aristokrat qadınlar arasında dəbdə idi. Əslində bu pirsinqlər zəncirlərlə bir-birinə bağlanırdı. Zəncirlərin döşlərin bərabər böyüməsinə kömək etdiyinə inanılırdı və hətta döşləri deşməyin ana südü ilə qidalanmasını asanlaşdırdığı düşünüldüyü üçün həkimlər tərəfindən tövsiyə edilirdi.
 

6. Lord Bayron Kembricdə oxuyarkən yataqxanasında ev heyvanı olaraq ayı saxlayırdı.
 

Bayron həyatı boyu iki meymun, bir tülkü və iki ingilis mastif iti də daxil olmaqla bir çox qeyri-adi heyvan yetişdirib. Lakin ona sevimli itini kollecə gətirməyə icazə verilməyəndə, kampusda yaşamaq üçün ev heyvanı olaraq ayı gətirib.


7. Frank Hayes adlı jokey 1923-cü ildə yarış zamanı ölüb, amma yenə də yarışda qalib olub.


Açıklama yok.

Jokey yarışın ortasında infarkt keçirsə də, yarışın sonuna qədər atında qalmağı bacarıb. Bu yarış jokeyin qazandığı ilk və sonuncu at yarışı idi.


8. Qədim romalılar konservləşdirilmiş sidiyi ağız yuyucusu kimi istifadə edirdilər.


Açıklama yok.

Bu bizı iyrənc görünsə də, o dövrdə Romada ən yaxşı təbii təmizləyici vasitələrdən biri olan ammonyak ehtiva etdiyi üçün sidik tələbatı yüksək idi. Bu da son deyil hələ : sidik alveri ilə məşğul olan insanlar vergi ödəməli idilər. Təsəvvür edin, “daşdan belə pul çıxardır” ifadəsi o dövrlər üçün “sidikdən də pul çıxardır” imiş.


9. Daha sonra boyaları daha parlaq və təsirli etmək üçün bir qədər saxlanmış sidik istifadə edildi.
 

16-cı əsrdə İngiltərədə sidik o qədər qiymətli idi ki, fabriklərdə istifadə üçün xüsusi sidik qablarında saxlanılırdı.


Şərqdə də dəvə sidiyi şəfalı sayılırdı.


Nə imiş bu sidik mifi görəsən?


10. Roma qladiatorları indiki idmançılar qədər məşhur sayılırdılar. Hətta uşaqlar da gil qladiator fiqurları ilə oynayırdılar.
Açıklama yok.

11. Stalin bəyənmədiyi insanları silmək üçün fotolarını shoplayırdı…
 

Açıklama yok.

Tarixi fotoşəkillərdən mühüm şəxsiyyətlərin silinməsinə tez-tez Lenin və Trotski dövründəki sovet rejimində rast gəlinir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...