Jerar Pike ilk olaraq yeni sevgilisi ilə münasibətindən danışdı

36 yaşlı ispan futbolçu Pike Şakiradan ayrıldıqdan sonra ilk dəfə yeni münasibətlərindən danışıb.
Sfera.az bildirir ki, Pike Klara Çia Martinin onun obrazı məsələsinə ciddi yanaşdığını etiraf edib.
Pike "Həqiqət budur ki, mən sevgilimlə alış-verişə gedirəm, o da mənə paltar alır. Mən sadəcə bir kuklayam"-deyib.
İspan idmançının yeni münasibəti 2022-ci ilin yayında Pike və Şakiranın ayrılması ilə bağlı məlumatdan dərhal sonra məlum olub. Qeyd edək ki, Pike və Şakira heç vaxt nikahlarını rəsmiləşdirməyiblər.
Şakira indilərdə fəal şəkildə yeni treklər buraxır. Bunların arasında konkret adlar olmadan bir ispan futbolçu ilə sevgi hekayəsindən danışır. Mahnıların birində sənətçi özünü Rolexlə, uşaqlarının atasının yeni sevgilisini isə Casio ilə müqayisə edib.
Xatırladaq ki, İnternetdə Pikenin yeni sevgilisinin hamiləliyi ilə bağlı söz-söhbətlər də yayılıb.
Aynil
Sfera.az