Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi

Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi

“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil”.

 

Sfera.az xəbər verir ki, bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla Azadlıq Radiosuna bildirib.

 

Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:

 

“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib”.

 

Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.


OXŞAR XƏBƏRLƏR