Qəribə yardım istəyindən sonra bütün ekipajı ölü tapılan gəmi - SS Ourang Medan

Qəribə yardım istəyindən sonra bütün ekipajı ölü tapılan gəmi - SS Ourang Medan

Hətta “Şerlok Holms” filmlərində belə bu cür hadisə görməmisiniz. Təfərrüatları öyrənəndə tamamilə heyrətə gələcəksiniz.


Sfera.az bu hadisənin ətraflı məzmununu sizə təqdim edir.



SS Ourang Medan - İndoneziyanın Sumatra sahillərində, Malakka boğazında Hollandiya bayrağı altında üzən gəmi olub.



Təqvim 1947-ci ilin sonlarını göstərərkən, bu gəmi sirli bir hadisənin qəhrəmanına çevrilib və bütün bu müddət ərzində bu hadisəni gün üzünə çıxarmaq mümkün olmayıb.

Ehtimallara görə, iyunun sonlarında Malakka boğazı ətrafında üzən gəmilərə SOS mesajları göndərilməyə başlandı. İki hissədən ibarət mesaj Morze əlifbası ilə tərtib edilmişdir.



Gələn mesajın birinci hissəsi deşifrə edildikdə, aşağıdakı mətn ortaya çıxıb:



“Kapitan da daxil olmaqla bütün ekipaj ölüb. Körpüdə və göyərtədə uzanırlar. Yəqin ki, gəmidə olanların hamısı ölüb... Mən... ölürəm”.

Açıklama yok.

Mesajın qalan hissəsi deşifrə edilməyib; mənasız nöqtələrdən və xətlərdən ibarət idi, lakin birinci hissənin isə nəyə işarə etdiyi olduqca aydın idi. Bu gəminin bütün heyəti naməlum səbəbdən ölmüşdü.



Mesajı alan Amerika bayraqlı “Gümüş Ulduz” (Silver Star) gəmisi hadisəni araşdırmaq üçün qollarını çırmalayıb və ilk olaraq gəmilərində İngilis və Hollandiya ekipajlarına mesajı dinlədərək gəminin koordinatlarını təyin etməyə çalışıb.



Gəminin “SS Ourang Medan” olduğu aydın olanda “Silver Star”ın kapitanı dərhal marşrutunu bura yönləndirib. Gəmi kənardan heç bir həyat əlaməti göstərmirdi, hətta xəyal gəmisini xatırladırdı. “Silver Star”ın kapitanı axtarış əməliyyatı aparmaq qərarına gəlib və ekipajı ilə birlikdə “SS Ourang Medan” gəmisi meydana çıxır.
Gördükləri mənzərə aldıqları mesajın sübutu idi...


“SS Ourang Medan”da tapılan cəsədlər sərt heykəllərə bənzəyirdi: üzlərində dəhşət ifadələri, qorxu dolu gözləri və kimdənsə müdafiə axtarırmış kimi uzanmış qolları var idi.

Açıklama yok.


Gəmidə bir nəfər də olsun canlı məxluq qalmamışdı, hətta gəminin teriyer iti də ölmüşdü. Yazıq heyvanın çənələri qorxudan bağlanmışdı. Cəsədlərin heç birində hücum və ya xəstəlik əlamətləri yox idi. Üstəlik, həmin gün havanın temperaturu demək olar ki, 43 dərəcəyə çatdığı üçün “SS Ourang Medan” gəmisinin göyərtəsini açıqlana bilməyən soyuq hava dalğası bürümüşdü.
 

“Silver Star”ın axtarış qrupu kapitanın cəsədini təkər evində tapıb. SOS siqnalını göndərən ekipaj üzvü isə siqnal otağında tapılıb. O, “Silver Star”a mesaj göndərdikdən sonra bir əli hələ də avadanlıqda vəfat edib...



Gəmidə xilas ola biləcək heç bir canlı yox idi. Axtarış qrupu gəmidəki ölümlərin səbəbini tapmaq üçün “SS Ourang Medan” gəmisini limana çəkmək qərarına gəlib. Onlar gəmini hərəkətə gətirməyə hazırlaşarkən gəmidən qalxan tüstü ekipajın diqqətini çəkib və onlar dərhal “Silver Star”a qayıtmalı olublar. Onlar, gəmini tərk edən kimi “SS Ourang Medan” güclü partlayışla okeanın dibinə batıb. “SS Ourang Medan”sirləri bununla bitməyib.


Gəmidəki partlayış və bütün heyətin müəmmalı ölümü CİA hesabatlarına daxil oldu. Baxmayaraq ki, bəzi uyğunsuzluqlar var idi.



C. H. Mark Jr., o zaman CİA direktoru Allen Dallesin köməkçisi. O, hadisəni araşdırıb və ətraflı hesabat təqdim edib. Hətta SOS mesajının təfərrüatları bu hesabatdan sonra ortaya çıxıb. Gəminin kimyəvi maddələr daşıdığı iddia edilib. Partlayış və ekipajın ölümü kimyəvi maddələrin dağılması ilə əlaqələndirilib. Təbii ki, bu fərziyələrdən yalnız biri idi. Hadisənin gündəmə gəlməsi ilə sui-qəsd nəzəriyyəçiləri qollarını çırmalayıb “SS Ourang Medan”ı ələk-vələk gözdən keçirməyə başladılar.


Əvvəlcə gəminin “Lloyds” gəmiçilik şirkəti ilə əlaqəli olduğu bildirilsə də, ətraflı araşdırmalardan sonra gəminin bu şirkətlə heç bir əlaqəsi olmadığı aşkarlandı.


Açıklama yok.


Maraqlıdır ki, hətta gəminin varlığı belə şübhəli idi, çünki “SS Ourang Medan” rəsmi qeydlərdə belə qeyd edilməmişdi. Bununla belə, SOS mesajını alan “Silver Star” rəsmi qeydlərdə görünən və “Grace Lane” adlı bir şirkət tərəfindən satın alınmamışdan əvvəl “Santa Juana” kimi tanınan bir gəmi idi.

Açıklama yok.

Müəllif Roy Bainton gəminin rəsmi qeydlərdə görünmədiyini müəyyən etmişdi. O, həmçinin “SS Ourang Medan”ın nə daşıdığını, haradan səyahət etdiyini və SOS mesajının hansı gəmilərə çatdığını müəyyənləşdirdi. O, gəmidə qeyri-qanuni kimyəvi maddələrin aparıldığını, ekipajın ölümünə və gəmidə partlayışa səbəb olan kalium sianid və nitrogliserin olduğunu iddia edib.


Digər iddia isə ekipajın metan qazından öldüyü olub. Gəminin yerləşdiyi bölgədə dənizə atılan metan qazının normadan çox olduğu müəyyən edilib.

Açıklama yok.

Ancaq bu, niyə bu qazdan təkcə “SS Ourang Medan”ın təsirlənib, “Silver Star”ın təsirlənmədiyini izah edə bilməyib. Bu sirr açıla bilməyəndə hətta yadplanetlilərin gəmi heyətini hipnoz yolu ilə öldürdükləri iddia edilirdi. Təbii ki, təxmin edə biləcəyiniz kimi bu fərziyə ciddiyə belə alınmayıb.
 

Digər bir fərziyə Çin-Yapon müharibəsi və İkinci Dünya Müharibəsidir. “SS Ourang Medan” ilə İkinci Dünya Müharibəsi zamanı Yapon alimlərinin 731-ci bölmə kimi tanınan bioloji və kimyəvi döyüş bölməsi tərəfindən aparılan təcrübələr arasında əlaqənin olduğu (731-ci bölmənin vəhşətləri haqqında ayrıca yazı vermişdik).
 

Mümkün ola bilərmi ki, hətta nasist rejimindən də sarsıdıcı olan 731-ci bölmə diqqətdən yayınmaq üçün qeyri-adi ticarət gəmisi və əcnəbi ekipajla öz mülklərini qaçırıb? Əgər belədirsə, bütün ekipajın ölümünə səbəb nə olub?


Nəhayət, sizə daha bir maraqlı məqamı da deyək. Bu, bir növ Bermud üçbucağıdırmı, son qərar verən sizsiniz, təbii ki?



Malayziya Hava Yollarına məxsus 370 saylı uçuş 2014-cü ildə 227 sərnişin və 8 ekipaj üzvü ilə yoxa çıxıb. Kuala-Lumpurdan havaya qalxan təyyarə Pekinə gedirmiş. Təyyarə ilə əlaqənin kəsildiyi yer “SS Ourang Medan” ın yerləşdiyi ərazi olub. Axtarış işləri uzun müddət davam etsə də və təyyarənin hissələrinin tapıldığı iddia edilsə də, bu hadisədə də bir nəticəyə gəlinməyib.



Bəs sizcə, “SS Ourang Medan” kiminsə ört-basdır etməyə çalışdığı gizli layihədir, yoxsa əslində mövcud olmayan bir gəmi üçün uydurulmuş dəhşət hekayəsidir? Yoxsa həqiqətən, Bermud üçbucağı? Bu qədər təsadüf olar bilərmi?

Açıklama yok.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR