Vaksinasiya ilə bağlı son vəziyyət

Cəmiyyət
17:08 / 17.02.2023
18242
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 215 vaksin vurulub.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 59, ikinci doza üzrə 57, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 75-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24-dür.