Deputat bu fonddakı artıq vəsaitin yoxsullara verilməsini TƏKLİF ETDİ

Cəmiyyət
15:21 / 17.02.2023
10313
"İşsizlikdən Sığorta Fondundakı artıq vəsaitlər investisiya kimi yatırılmaqdansa, yoxsul təbəqəyə verilsin”.
Sfera.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Biz, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik etməklə dövət büdcəsi hesabına formalaşdırılan quruma investisiya yatırmaq hüququ veririk. Bu, konstitusiya ilə zidiyyət təşkil edir. İşsizlikdən Sığorta Fonduna investisiya qoyma hüququnun verilməsinə etiraz edirəm. Bu kommersiya hüququnun verilməsi deməkdir. Bu vəsaitlərdən investisiya kimi istifadə olunması biznes riski yaradır. Bəs həmin investisiya batsa, nə olacaq?”.
Əzizə Zeynal