Bayden ard-arda UNO-ların görünməsinin səbəbini AÇIQLADI

Bayden ard-arda UNO-ların görünməsinin səbəbini AÇIQLADI

"Əgər hər hansı obyekt ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, onu vuracağam".


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden havada vurulan casus şarı və 3 naməlum uçan obyektlə (UNO) bağlı verdiyi açıqlamasında bildirib. 

Bayden qeyd edib ki, ötən həftə sonu aşkarlanan naməlum obyektlər hava təhlükəsizliyini təhdid etdikləri üçün vurulublar.


Kanadada vurulan obyektlə bağlı ölkənin baş naziri Castin Trüdo ilə görüşdüyünü diqqətə çatdıran Bayden Kanada və ABŞ ordularının əməkdaşlıq etdiyini vurğulayıb. 

Prezident ilk dəfə UNO-ların hansısa ölkəyə yox, şirkətə məxsus ola biləcəyini dilə gətirib:


Havada vurulan 3 naməlum obyektin Çinin casus şar proqramı və ya başqa bir ölkə ilə əlaqəli olduğuna dair heç bir dəlil olmadığını etiraf edən Bayden deyib:


"Kəşfiyyat səlahiyyətlilərindən alınan məlumatlar bu şara bənzəyən obyektlərin özəl şirkətlərin hava şəraitini müəyyənləşdirmək və ya digər elmi araşdırmalar üçün istifadə etdikləri alətlər ola biləcəyini göstərir. Bu cür cisimlərin sayının birdən-birə artdığına dair heç bir sübut yoxdur. Sadəcə olaraq, biz bu günlərdə radarlarımızın sayını artırdığımız üçün daha çox obyekt görürük".

 

Bayden, həmçinin məsələ ilə bağlı Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırdığını diqqətə çatdırıb:


"Çinlə ancaq rəqabət edirik, münaqişə görmürük. Yeni bir soyuq müharibə gözləmirik. Dediyim kimi, üzr istəməyəcəyəm, sadəcə rəqabət edəcəyik”.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR