Türkiyədə uğurlu əməliyyat - 39 terrorçu zərərsizləşdirildi

Türkiyədə uğurlu əməliyyat - 39 terrorçu zərərsizləşdirildi

 

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

 

Report xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib.

 

Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.

 

Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.

 

Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

 

Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir. 



OXŞAR XƏBƏRLƏR