"Avropa onlardan sui-istifadə edir" - Deputat

"Aradan bir neçə ay keçməsinə baxmayaraq, Qərbdəki bəzi çevrələrin "Media haqqında qanun"dan istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışdığını görürəm".

 

Sfera.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin plenar iclasında deyib.

 

O,  Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin bəzi jurnalistlərlə keçirdiyi qapalı görüşü qınayıb:


"Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri bəzi jurnalistlərlə qapalı görüş keçirir. Azərbaycanda söz azadlığının guya yetərli olmaması ilə bağlı fikir mübadiləsi aparılır. Bu, Ermənistana missiya göndərməyin davamıdır. Bu siyasət Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təmin olunmasının əleyhinə atılan addımdır. Görüşdə olan jurnalistlərin bir neçəsi saç-saqqal ağardıblar, təcrübəlidirlər. Onlar görməlidir ki, onlardan sui-istifadə edirlər. Bu dinləməni təşkil edənlərin məqsədi Azərbaycanda söz azadlığı ilə bağlı deyil. Media haqqında qanun qüsursuz deyil, lakin bu qanun çox geniş müzakirə olunub. Bundan sonra bu qanunu müzakirə etməyin mənası yoxdur".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR