Ukraynalı deputatdan Putinə SUİ-QƏSD TƏKLİFİ: “Bin Laden kimi..”

Dünya
12:20 / 17.02.2023
11049
Ukraynalı deputat NATO ölkələrini Putinin öldürülməsini təşkil etməyə çağırıb.
Sfera.az bildirir ki, Ukrayna Ali Radasının deputatı Sergey Rudik bu barədə yerli kanala müsahibəsində danışıb.
“İstərdim ki, müttəfiqlərimiz “Əl-Qaidə”nin lideri Üsamə Bin Ladenə etdiklərini Putinə qarşı da etsinlər. Rusiyada “rəngli inqilab” və dövlət çevrilişi təşkil etmək cəhdləri baş tutmadı. Buna görə də Şimali Atlantika Alyansının rəhbərliyi Vladimir Putini fiziki olaraq aradan götürməlidir”, deyə deputat söyləyib.
Onun fikrincə, NATO bloku Rusiyaya silahlılardan ibarət xüsusi dəstə göndərməlidir: “Onların vəzifəsi isə Rusiya prezidentinə sui-qəsd təşkil etmək olmalıdır”.
Türkan