Ermənistanın sülhlə bağlı yeni təklifləri: Bakının cavabı nə olacaq? - ŞƏRH

Ermənistanın sülhlə bağlı yeni təklifləri: Bakının cavabı nə olacaq? - ŞƏRH

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işin növbəti mərhələsinin yekunlaşdığını, təkliflərin artıq Bakıya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verildiyini deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki,  Paşinyan Azərbaycanla danışıqlarda irəliləyiş olduğunu da qeyd edib:

 

“Hazırda bu danışıqlar üçüncü tərəfin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa reallaşır. Ermənistanın irəli sürdüyü təkliflərdə Qarabağa dair bənd yer alır. Bu bənd əsasən, təhlükəsizlik və hüquqi məsələləri əhatə edir. Ümumiyyətlə, Ermənistanın Qarabağla bağlı təklifləri qəbuledilməzdir və bu məsələ Azərbaycanın daxili işidir. Ermənistanın təklifləri və danışıqlarda irəliləyiş hər hansı bir prosesə müsbət təsir etməyəcək”.

 

Ekspert qeyd edib ki, Paşinyan vaxt qazanmağa çalışır və sülh müqaviləsinin bağlanmasına tələsmir: “Ermənistanın yeni təklifləri Azərbaycan tərəfindən qəbul edilməyə bilər. Son günlər Rusiya da prosesdə aktivlik nümayiş etdirir. Əsas məqsəd isə İrəvanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...