“Güzəşt? Putinəmi? Xeyr, olmayacaq...” – Zelenskidən VACİB AÇIQLAMALAR

“Güzəşt? Putinəmi? Xeyr, olmayacaq...” – Zelenskidən VACİB AÇIQLAMALAR

“Heç bir potensial sülh müqaviləsində öz ərazilərimizi Rusiyaya güzəştə getməyəcəyik”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “BBC”yə açıqlamasında deyib. O, qeyd edib ki, ərazilərin güzəşti Rusiyanın təkrar geri qayıtması anlamına gəlir.

 

Zelenski həmçinin, gözlənilən yaz hücumunun artıq başladığını söyləyib.

 

“Rusiyanın bir neçə istiqamətdən hücumları artıq başlayıb. Qərbdən daha çox hərbi yardımlar gəlməlidir. Bununla belə, Ukrayna qüvvələri əks hücuma başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərə bilər. Təbii ki, müasir silahlar sülhü sürətləndirir. Rusiyanın anladığı yeganə dil silahdır”, deyə Ukrayna lideri əlavə edib.

 

Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun “Hətta bircə ukraynalı əsgər belə sərhədi keçərsə, rus qoşunları ilə müharibəyə qoşulacağıq” hədəsinə də cavab verib.

 

“Ümid edirəm ki, onlar müharibəyə girməyəcəklər. Bu olarsa, döyüşəcəyik və sağ qalacağıq. Ümumiyyətlə, Rusiya qüvvələrinin yenidən hücuma keçməsi üçün Belarus ərazisindən istifadə etməsi "böyük səhv" olacaq”.

 

Müharibənin necə bitəcəyi ilə bağlı suala Zelenski “Ukraynanın sağ qalmaq üçün mübarizə apardığına inanıram” cavabını verib. Ukrayna lideri həmçinin bəyan edib ki, ölkəsi həm iqtisadiyyat, həm də dəyərlər baxımından Avropaya doğru irəliləyir.

 

"Biz bu yolu seçmişik və təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəşti bizi daha zəif ölkəyə çevirəcək. Burada məsələ güzəştin özündə deyil. Bundan niyə qorxmalıyıq? Həyatda hər gün milyonlarla güzəştə gedirik. Məsələ odur ki, kimə? Putinəmi? Xeyr. Çünki güvən yoxdur. Onunla dialoq? Xeyr. Çünki güvənmirik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur -FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...