Parlament Rusiyanı terrorizmi himayə edən kimi tanıdı

Parlament Rusiyanı terrorizmi himayə edən kimi tanıdı

Slovakiya Milli Şurası indiki Rusiya rejimini terrorçu, Rusiyanın özünü isə terroru himayə edən ölkə kimi tanıyıb.
 

Sfera.az bildirir ki, bu barədə bu gün yerli “Aktuality” nəşri məlumat yayıb.
 

Müvafiq qətnamə Slovakiya Milli Şurası tərəfindən fevralın 16-da baş tutan iclasda qəbul edilib.
 

Beləliklə, slovakiyalı deputatlar indiki Rusiya rejimini terrorçu, Rusiyanı isə terroru himayə edən dövlət kimi tanıyıblar. Qəzetin qeyd etdiyi kimi, oxşar qətnamə Rusiya Silahlı Qüvvələrinin atəşə tutmaqda davam etdiyi Ukrayna ilə həmrəylik əlaməti olaraq qəbul edilib.


"Milli Şura Rusiyanın Ukraynaya təcavüzünü bir daha pisləyib və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Qətnamədə Rusiya Silahlı Qüvvələrinin mülki əhaliyə, mülki və enerji obyektlərinə hücumları pislənib. Deputatlar həmçinin Rusiyadan nüvə silahından istifadə ilə bağlı birbaşa və dolayı təhdidləri pisləyiblər ”- deyə jurnalistlər qeyd ediblər.
 

Milli Şuranın təsdiq etdiyi qətnamədə həmçinin Slovakiyanın rusların Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi qondarma referendumun nəticələrini tanımayacağı bildirilir. Ayrı-ayrılıqda deputatlar Rusiya ordusunun törətdiyi hərbi cinayətlərin araşdırılması üçün xüsusi tribunalın yaradılması səylərini dəstəklədiklərini bildiriblər.
 

Qətnamə ölkənin hüquq-mühafizə, kəşfiyyat və digər səlahiyyətli orqanlarını Slovakiyada təhlükəsizliyin və demokratiyanın qorunması üçün təhlükəni qiymətləndirməməyə, ona qarşı təsirli tədbirlər görməyə çağırır.
 

Xatırladaq ki, dekabrın ortalarında Polşa Seymi də Rusiyanı terroru himayə edən dövlət kimi tanıyıb. Qətnamənin yekun mətnində deyilir ki, Rusiya Federasiyası insan hüquqlarını və beynəlxalq hüququ sistematik şəkildə pozur, digər ölkələrin ərazilərinə hücumlar həyata keçirir, həmçinin hərbi cinayətlər və soyqırımlar törədir.


Dekabrın sonunda Amerika mətbuatında da ABŞ-ın Rusiyanı terroru himayə edən dövlət deyil, “təcavüzkar ölkə” elan edə biləcəyi barədə məlumatlar yayılıb.

 

Xanım
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...