Marburq virusunun əlamətləri - İnsanı 7 gündə öldürə bilər

Marburq virusunun əlamətləri - İnsanı 7 gündə öldürə bilər

Ebolanın yaxın qohumu olduğu bildirilən Marburq virusunun Ekvatorial Qvineyada aşkarlanmasından sonra Dünya tikan üstündədir. 
 

Bəs Marburq virusu nədir və ona yoluxanlarda görülən əlamətlər hansılardır?

Bu virus ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkarlanıb. Meyvə yarasaları vasitəsilə yoluxan Marburq virusu insandan insana da keçir. 

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti 90 faizə yaxındır. 2005-ci ildə Anqolada Marburq virusuna yoluxan 252 nəfərin 90 faizi ölüb. 

Xəstəliyin ilk simptomları xəstə şəxslə təmasdan sonra orta hesabla 5-10 gün ərzində görünür. İnsanın immun sisteminin reaksiyasına görə virusun inkubasiya dövrünün 5 gündən qısa, 10 gündən çox olduğu hallar da var.

Marburq virusunun simptomları Ebola virusuna bənzəyir. İnfeksiyaya yoluxmuş şəxslərdə anidən yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər üzə çıxır. 

Virusun bəzi simptomlarını aşağıdakı kimi sıralamaq olar:


*Gecə saatlarında artan titrəmələr.
*Baş ağrıları 
*Bel, əzələ və oynaq ağrıları 
*Qarın ağrısı, ishal və ürəkbulanma
*Sinə, kürək və qarın nahiyəsində yaranan dəri səpgiləri 
*Qəfil kapilyar qanaxmalar 
*Mədəaltı vəzi, qaraciyər və böyrək problemləri 
*Orqan çatışmazlığı


Xəstəliyin simptomları adətən 7-ci gündə ağırlaşır. Son həddə isə şoka girən xəstələr ölür.

Lalə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR