Dünyanın ən təhlükəli göbələyi sürətlə yayılır - “Ölüm şapkası” 

Dünyanın ən təhlükəli göbələyi sürətlə yayılır - “Ölüm şapkası” 

ABŞ-ın Kaliforniya ştatı dünyanın ən ölümcül göbələyi tərəfindən işğal edilir.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, göbələyin sürətlə yayılmasının səbəbi isə qeyri-müəyyən olaraq qalır. 

Elmi adı “Amanita phalloides” olan və “ölüm şapkası” kimi də tanınan göbələyin ABŞ-da hər il bir neçə insanı öldürdüyü, daha çox sayda insanı və heyvanı isə xəstələndirdiyi məlumdur.

Alimlər ehtimal edirlər ki, həmin göbələklər özünü klonlaşdırmaqla belə sürətli şəkildə arta bilirlər. Belə ki, “ölüm şapkası” öz-özünü mayalandırır. Bu isə laboratoriyadan kənarda göbələklərdə nadir hallarda müşahidə olunan prosesdir.

Bu göbələklər yetkinləşdikdə geniş, ağ rəngli, hündürlüyü və eni bir neçə düym olan papaqlara sahib olurlar, yetişməmiş göbələklərdə isə bu hissə qapağı xatırladır.

Göbələkdəki toksinlər bədənin hüceyrələrinə, xüsusən də qaraciyər və böyrək toxumasına zərər verə bilir. Ona məruz qalmaq qaraciyər çatışmazlığına səbəb olur və ölümlə nəticələnir. Hətta bir ədəd "ölüm şapkası" yemək belə yetkin insan üçün ölümcül ola bilər. 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...