“Casus quşlar” gəlir! - Yeni texnologiya insanları qorxuya saldı - VİDEO

“Casus quşlar” gəlir! - Yeni texnologiya insanları qorxuya saldı - VİDEO

Alimlər ölü quşları drona çevirməyin yolunu tapıblar. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar quşların ümumi görünüşünü və hərəkətlərini modelləşdirmək üçün quş hissələri ilə dron mexanizmlərini birləşdiriblər. 

 

Elm adamları, quş cəsədlərindən hazırlanan bu dronların gələcəkdə vəhşi təbiətə gizli nəzarət etmək üçün istifadə edilə biləcəyini deyirlər. 

 

Bu yaxınlarda Amerika Aeronavtika və Astronavtika SciTech 2023 Forumunda təqdim edilən layihədə bildirilir ki, bu texnologiyadan hərbi məqsədlər üçün də asanlıqla istifadə etmək olar. Çünki "casus quşlar"ı aşkarlamaq elə də asan olmayacaq.

 

Görünür, konspiroloji nəzəriyyələrdən biri daha reallaşmaq üzrədir. Çünki belə nəzəriyyələrdən birində deyilirdi ki, lələkli canlılar əslində hökumətlərin pilotsuz aparatlarıdır.

 

Tədqiqatçılardan biri “New Scientist”ə deyib: “Dronların yaradılması üçün süni materiallardan istifadə etmək əvəzinə, biz ölü quşlardan istifadə edib onları dron kimi yenidən dizayn edə bilərik. İndiyə qədər hazırlanan “quş dronları” qanadlarını çırpmadan uça bilir və ya ən yaxşı halda kolibri kimi hərəkət edir. Baxmayaraq ki, bu, saxta quşlar o qədər də çevik və effektiv deyillər. Onların əsl quşlar kimi qanad çırpacaq hala gəlmələri üçün hələ çox çalışmaq lazımdır. Ən əsası isə onlar səssiz rejimdə işləməlidirlər. Çünki bəzən insanların bunun pilotsuz təyyarə olduğunu bilməsini istəmirsən".

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...