Adıyaman başqa bölgəyə köçürüləcək – Bələdiyyə sədri açıqladı

Adıyaman başqa bölgəyə köçürüləcək – Bələdiyyə sədri açıqladı

Türkiyədə baş verən 2 güclü zəlzələ zamanı 166 binanın tamamilə dağıldığı Adıyamanın bir hissəsi başqa bölgəyə köçürüləcək.
 

Sfera.az İHA-ya istinadən xəbər verir ki, Adıyamanın bələdiyyə sədri Süleyman Kılınç şəhər mərkəzinin köçürələciyini, şimaldakı dağlıq ərazidə 50 min yeni mənzilin tikiləcəyini bildirib. 

“TOKİ, xüsusilə şimalda, dağın ətəyində, şəhərin yenidən abadlaşdırılması istiqamətində yeni binalar tikməyi düşünür. Yəni hazırda ən azı 50 min mənzil nəzərdə tutulur. Əvvəl də şəhəri oraya köçürmək planlarımız var idi. Buralar əkin sahələridir. Mümkün qədər əkin üçün yararlı torpaqlardan istifadə etmədən geoloji cəhətdən sağlam yerlərə köçmək lazımdır. Bu, hazırkı plandır", - deyə bələdiyyə sədri deyib.

Qeyd edək ki, Adıyamanda zəlzələ zamanı qəzalı vəziyyətə düşən 6 108 binanın isə söküləcəyi açıqlanıb. 

 

Lalə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...