Aeroportlar dörd gün işləməyəcək
Dünya
11:18 / 09.10.2016
1442
Yunanıstanın hava dispetçerlərinin 9-10 və 12-13 oktyabrda planlaşdırdığı 4 günlük tətil ölkənin hava məkanını iflic edəcək.
24 saat keçiriləcək tətillər parlament tərəfindən qəbul edilmiş mülki aviasiya islahatına qarşı yönəlib. Ölkə ərazisində bütün aeroportlar bağlı olacaq. Heç bir daxili və xarici uçuş həyata keçirilməyəcək.
Ölkədə turizm sahəsi tətil səbəbindən zərər görür. Tətil zamanı turistlərin yerləşdirilməsi və uçuşların dəyişdirilməsi turizm şirkətlərinin narazılığına səbəb olub.