Lənkəranda ev yanıb, xəsarət alan var - FOTO

Cəmiyyət
14:48 / 16.02.2023
14994
Lənkəranda ev yanıb, xəsarət alan var.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Lənkəran şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m², 1-ci mərtəbəsi qaraj və anbar kimi istifadə olunur) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və qarajında dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.