Əliyevlə Paşinyan Münhendə bir araya gələcək? – zləntilər

Əliyevlə Paşinyan Münhendə bir araya gələcək? – Gözləntilər

17-19 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın da tədbirdə iştirakı gözlənilir.

 

Xatırladaq ki, Paşinyan bu gün sülh müqaviləsi ilə bağlı təkliflərin Bakıya göndərildiyini açıqlayıb.

 

Baş verənlər fonunda Münhendə Əliyevlə Paşinyanın ikitərəfli görüşü keçirilə bilərmi?

 

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  Münhendə keçiriləcək təhlükəsizlik konfransı bir neçə aspektdən diqqət mərkəzindədir:

 

“Konfransda Rusiya ilə Ukrayna arasındakı müharibənin müzakirəsi gözlənilir. Azərbaycan və regionumuz üçün bu konfransın əhəmiyyəti orada Azərbaycan Prezidenti ilə yanaşı, Ermənistan Respublikasının Baş Nazirinin də iştirak etməsidir. Bildiyimiz kimi, ötən illərdə elə bu konfrans çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmiş və bu görüş Ermənistan Baş Nazirinin İlham Əliyev qarşısında aciz vəziyyətə düşməsi ilə yadda qalmışdı. Builki görüşdə də diqqət Münhenə həm də ona görə yönəlib ki, orada yenə də İlham Əliyevlə Nikol  Paşinyanın görüşü keçirilə bilər. Məlumdur ki, bu günlər Azərbaycan Respublikası Prezidenti ilə Ermənistan Respublikası Baş Naziri arasında nəzərdə tutulan istənilən görüş böyük maraq doğurur. Çünki Azərbaycanla Ermənistan münasibətlərinin gələcəyi bu görüşdən çox asılıdır. İki ölkə arasında imzalanması üzərində iş gedən sülh müqaviləsinin taleyi məhz belə görüşlərdən asılıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...