ABŞ Yəməndə ələ keçirdiyi İran silahlarını Ukraynaya göndərəcək

ABŞ Yəməndə ələ keçirdiyi İran silahlarını Ukraynaya göndərəcək

“Ukrayna ordusuna İran silahları göndəriləcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu addım Tehran tərəfindən atılmayacaq:

 

“Belə ki, İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərib. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib - söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar ABŞ-a lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır. Sadəcə, bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır”.

 

Ekspert qeyd edib ki, ABŞ həmçinin, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları ilə bağlı ərəb ölkələrinə də xəbərdarlıq edib:

 

“İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. Onun pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Buna görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR