“Türkiyədəki bərpa işləri toplanan yardımla tamamlana bilməz” – Natiq Cəfərli

“Türkiyədəki bərpa işləri toplanan yardımla tamamlana bilməz” – Natiq Cəfərli

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra zərərçəkmişlərə yardım məqsədilə müxtəlif yardım kampaniyaları başladılıb.

 

Təkcə ötən gün "Türkiyə Tək Ürək" yardım kampaniyası çərçivəsində 115 milyard 146 milyon 528 min türk lirəsi (10 milyard 400 milyon manat) toplanıb.

 

Maraqlıdır, qarşıdakı zaman ərzində bu cür yardım kampaniyaları dəymiş ziyanı kompensasiya edə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədə yardım kampaniyaları hesabına yenidənqurma işlərinin görülməsinin mümkün olmadığını deyib:

 

"Türkiyə əvvəlcədən elan etdi ki, toplanan yardımlar AFAD-a və Qızıl Aypara Cəmiyyətinə ayrılacaq. Həmin təşkilatların funksiyası isə zərərçəkmişlərin kirayə mənzil, gündəlik geyim, qida ehtiyaclarını ödəməkdir. Yəni toplanan vəsaitlə bərpa işlərini görmək mümkün deyil.  Hazırda yığılan vəsait yay aylarınadək gündəlik tələbatın qarşılanması, kirayə mənzillərin pulunun ödənilməsi üçün yetərlidir. 115 milyard lirə bizim pula çevirəndə təqribən 11milyard manat edir ki, bu da az məbləğ deyil”.

 

Ekspert gələn ay bəzi dövlətlərin Türkiyəyə dəstək göstərəcəyini də sözlərinə əlavə edib. N.Cəfərli Türkiyənin az zamanda çox iş görməli olduğunu qeyd edib:

 

“Dəymiş ziyanın həcmi təqribən 100 milyard dollara yaxındır ki, bu da Türkiyə üçün böyük məbləğdir. Ona görə də dövlət büdcəsi hesabına müəyyən işlərin görülməsinə başlansa da, gələcəkdə donor dövlətlərə müraciət olunacaq. Mart ayında Türkiyəyə və Suriyaya yardım məqsədilə donor ölkələrin konfransı keçiriləcək. Yəqin ki, bu zaman da bir neçə milyard dollara yaxın vəsait toplana bilər. Amma bundan sonra vəsaitlərin beynəlxalq maliyyə inistutlarından kredit kimi istənilməsi ehtimalı yüksəkdir. Tələb olunan vəsait böyükdür, lakin zaman azdır. Yəni Türkiyənin bu problemi həll etmək üçün 10 il vaxtı yoxdur, yüz minlərlə insan evsiz qalıb. Onların sürətlə mənzillə təmin olunması üçün də böyük vəsait lazımdır. Türkiyənin daxili imkanları isə buna imkan vermir. Təqribən 7-8 ay ərzində zərərçəkmişlərin müəyyən qismi evlə təmin edilməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...