Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb

Cəmiyyət
11:46 / 16.02.2023
8549
Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.