ABŞ dövlət katibinin qapalı iclasda dediyi bu sözlər mətbuata sızdı – Krımdan imtina?

ABŞ dövlət katibinin qapalı iclasda dediyi bu sözlər mətbuata sızdı – Krımdan imtina?

ABŞ dövlət katibi Entoni Blinken azsaylı iştirakçıların qatıldığı qapalı görüş keçirib.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məqalədə qeyd olunub ki, dövlət katibi ekspertlərlə “Zoom” vasitəsilə Ukrayna savaşını müzakirə edib.

 

Nəşr mənbələrinə istinadən bildirib ki, Blinken Vaşinqtonun Kiyevi Krımı geri qaytarmaq üçün təhrik etmədiyini vurğulayıb.

 

“Ukraynanın Krımı yenidən ələ keçirmək cəhdi Putin üçün “qırmızı xətt” olacaq və bu, Rusiyanın daha böyük reaksiyasına səbəb ola bilər”, deyə Blinken söyləyib.

 

Məlumata görə, diplomat bu sözləri qapalı söhbətin iştirakçılarından birinin “Vaşinqton Kiyevə Rusiya tərəfindən ələ keçirilən ərazini geri almaqda kömək etməyə hazırdırmı?”, sualını cavablandırarkən deyib.

 

Blinken çıxışı zamanı qeyd edib ki, ABŞ hazırda Krımın ələ keçirilməsini ağıllı addım hesab etmir. Lakin iclasda digər iki nəfər Blinkenin sözlərini fərqli qəbul edib. Belə ki, onlar nəşrə açıqlamasında bildirib ki, dövlət katibi Krımla bağlı məsələnin sırf ukraynalıların qərarı olduğunu vurğulayıb:

 

“Bu o deməkdir ki, Blinken Krımla bağlı Ukraynanın potensial hərəkətlərinə daha açıqdır. Ümumiyyətlə, mesaj ondan ibarət idi ki, hadisələrin necə inkişaf edəcəyi ilə bağlı çoxlu qeyri-müəyyənlik var və əsl sual hər iki tərəfin hər hansı mühüm irəliləyiş əldə etmək qabiliyyətidir”, - mənbə bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur -FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...