“Təhdid, şantaj, açıq-aşkar oğurluq...” – Lavrovdan Qərbə SƏRT İTTİHAMLAR

“Təhdid, şantaj, açıq-aşkar oğurluq...” – Lavrovdan Qərbə SƏRT İTTİHAMLAR

Rusiya yeni xarici siyasət doktrinasının təfərrüatlarını təqdim edib. 

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı məlumat verib.

 

O qeyd edib ki, bu, Qərbin hökmranlığına son qoymaq məqsədi daşıyır. “Beynəlxalq gündəm Qərbin şəxsi maraqları ilə deyil, BMT Nizamnaməsinin tələb etdiyi kimi ədalətli, universal maraqlar balansı ilə müəyyən edilməlidir.  Qərb birqütblü dünya nizamı arzusu ilə obsessiyaya qapılır və bununla da bu prinsipi kobud şəkildə pozur. ABŞ və onun müttəfiqləri yeni dünya mərkəzlərinin formalaşması və yüksəlişin obyektiv prosesinə müdaxilə etmək kimi manyak bir istəklə məşğuldurlar”.

 

Rusiya xarici işlər naziri kollektiv Qərbi müstəqil, milli yönümlü siyasət yürüdən dövlətləri cəzalandırmaq məqsədi daşımaqla, hərəkətlərində təhdid, şantaj və hətta açıq-aşkar oğurluq kimi qeyri-qanuni üsullardan istifadə etməklə ittiham edib.

 

Lavrovun fikrincə, Rusiyanın uzun müddətdir ki, cilovlanması Qərbin indiki siyasətinin tərkib hissəsidir: “Buraya NATO-nun Rusiya sərhədlərinə tərəf şərqə doğru genişlənməsi, həmçinin Ukraynanın rusofob hərbi dayağa çevrilməsi daxildir”.

 

Qeyd edək ki, daha əvvəl Sergey Lavrov Moskvanın Vaşinqtonla geosiyasi mübarizəyə cəlb olunduğunu bildirmişdi.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...