"Ağac Adamın" illər sonra gələn səadəti - FOTOLAR

 

Banqladeşdə bir kənddə yaşayan Abul Bajander (25), tibbi yardım almaq üçün ailəsiylə birlikdə altı saat yol qət edərək, Banqladeşin paytaxtı Dakkaya gedib.


Sfera.az xəbər verir ki, ləqəbi "Ağac Adam” olan Banladeşli adam keçirdiyi cərrahi əməliyyatdan sonra, həyatında ilk dəfə tək əlini istifadə edərək yemək yeyə bilir.


Hazırda 25 yaşında olan Bajander, 15 yaşından bəri çox nadir görülən bir xəstəlik olan Epidermodysplasia Verruciformis virusu ilə mübarizə aparır.


Epidermodysplasia Verruciformis, dırnaqların daxilində olan keratin maddəsinin artması nəticəsində, orqanizmin hər yerinə yayılan şişlərə və ziyillərə səbəb olur.


Gənc adamın ifadəsinə görə, bu xəstəlik onu tam mənada dəli edib. Nə otura, nə qalxa, nə də şəxsi ehtiyaclarını öz-özünə ödəyə bilir.

 

Qeyd edək ki, keçən fevral ayında əməliyyat olunan  Bajander, ilk öncə bəzi tibbi  testlərdən keçərək, əl və ayağında olan parçaların 5 kiloqramlıq qismindən azad olub.



 
 
 

 

 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 



OXŞAR XƏBƏRLƏR