Putinin keçmiş həyat yoldaşı təcili olaraq İspaniyadakı mülkünü satır - FOTO

Putinin keçmiş həyat yoldaşı təcili olaraq İspaniyadakı mülkünü satır - FOTO

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina təcili olaraq İspaniyadakı daşınmaz əmlakından xilas olmaq istəyir.



Sfera.az bildirir ki, bir sıra KİV-in məlumatına görə, Lyudmila Ocheretnaya Aİ sanksiyalarına düşmək qorxusundan Lomas del Rey yaşayış kompleksində mənzilini satır.



KİV-in məlumatına görə, Lyudmila Ocheretnaya (keçmiş Putina) “Lomas del Rey” (İspaniyanın cənubundakı Marbella) yaşayış kompleksində iki mənzilə sahibdir.



Rəsmi olaraq 2,2 milyon avro dəyərində mənzilləri Lyudmilanın hazırkı əri Artur Oçeretnı alıb. Amma bir sıra media onun bu sövdələşmə üçün Putinin keçmiş həyat yoldaşının pulundan istifadə etdiyini irəli sürüb.



Daşınmaz əmlakın satışına səbəb Lyudmilanın daşınmaz əmlaka həbs qoyulmasını nəzərdə tutan Aİ sanksiyalarına düşmək qorxusu ola bilər.



Qeyd edək ki, “Lomas del Rey” eksklüziv Marbella Qızıl Mile daxilində, Puente Romano oteli ilə üzbəüz Kral Əbdüləziz məscidindən 1 dəqiqə və çimərlikdən 800 metr, Puerto Banus şəhərinin mərkəzindən və Marbella şəhər mərkəzindən cəmi 5 dəqiqəlik məsafədə yerləşir.

Açıklama yok.

Yaşayış kompleksində 2 və 3 otaqlı mənzillər təklif olunur.


Ərazidə 25.000 m2 sahəsi olan mənzərəli bağlar və bir neçə hovuz var. Mənzillərin mərmər vanna otağında spa hamamları var; mətbəxlər Siemens texnikası ilə təchiz olunub, döşəmə qızdırıcısı da var, geniş terraslar açıq havada istirahət üçün idealdır. Kompleksdə gecə-gündüz mühafizə və texniki xidmət personalı var.


Lomas del Reydə bir mənzilin orta qiyməti 2.450.000 avrodur.



Xatırladaq ki, yanvarın 27-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların müddətini altı ay uzadıb. Rusiyaya qarşı ilk sanksiyalar 2014-cü ildə Krımı işğal edib Ukraynada müharibəyə başlayanda tətbiq edilib və 2022-ci ildə genişmiqyaslı işğaldan sonra genişlənib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...