Bu illərdə doğulanlar sərvət sahibi olacaqlar - SİYAHI

Bu illərdə doğulanlar sərvət sahibi olacaqlar - SİYAHI

Zəngin olmaq çoxlarının ən böyük arzularından biridir. Arzulara çatmaq üçün çox çalışmaq vacib olsa da, bəzi insanlar təbii olaraq bu mövzuda şanslıdırlar. 
Çin astrologiyasına görə varlanmaq şansı ən yüksək olanlar doğum ili ilə müəyyən edilir. Belə ki, müxtəlif heyvanlar bürcləri təmsil edir və  insanların şəxsi xüsusiyyətləri, şansları da buna uyğun olur. 

 

Bütün bunlar nəzərə alındıqda aşağıdakı beş bürcün zəngin olma ehtimalı daha yüksəkdir:

 

DONUZ (1959, 1971, 1983, 1995, 2007, 2019, 2031)


Donuz "Çin bürcünün ən mübarək bürcü"dür, ona görə də çoxlu sərvət əldə etmək ehtimalı var. Həyata necə başlamağından asılı olmayaraq qayğısız yaşayırlar. Həyatdan həzz ala bilirlər və çox səy göstərmədən də pul qazanmaqda mahirdirlər. Ona görə də, ən zənginlər siyahısında asanlıqla yer ala bilərlər.  

 

AT (1954, 1966, 1978, 1990, 2002, 2014, 2026)


Donuzdan fərqli olaraq, At işarəsi altında doğulanlar pul qazanmaq üçün "təşəbbüskar, yaradıcı" təbiətlərindən istifadə edirlər. Şəxsi biznesləri üçün çox çalışırlar. Atın öz motivasiyası - "geri çəkilmək istəməməsi" də onlara pul qazanma səyahətində kömək edir. Ancaq bütün bunlar onların bəxtinin gətirmədiyi anlamına gəlmir. Atlar “xüsusi bəxtlə” doğulurlar və fürsətlər çox vaxt onların qucağına düşür.

 

SİÇOVUL (SİÇAN) (1948, 1960, 1972, 1984, 1996, 2008, 2020)

 

Onların devizi belədir: “İradə olan yerdə yol da var”. Bu işarə altında dünyaya gələnlərin pul qazanma yolları ilə bağlı "qeyri-ənənəvi" ideyaları ola bilər, lakin öz həvəsləri və ehtirasları ilə bunu mütləq həyata keçirəcəklər. Siçovul, xüsusən də pulla bağlı bir şeyə qərar verdikdə, heç nə onu inanclarından vazkeçirə bilməz. Ailədə bu illərdə doğulmuş bir neçə şəxs varsa, həmin  ailənin zəngin olma ehtimalı daha yüksəkdir.

 

İLAN (1953, 1965, 1977, 1989, 2001, 2013, 2025)


İlan pulu qiymətləndirir və onu necə qazanacağını bilir. Uğurlu karyera, şans və imkanları birləşdirir, beləliklə, zəngin bir həyatla təmin olunurlar. İlanlar, adətən ortaqlardan və əməkdaşlıqlardan faydalanır. Komanda ilə işləməyi bacarır, ancaq böyük miqdarda sərvəti adətən gözlənilmədən əldə edir. 

 

MEYMUN (1956, 1968, 1980, 1992, 2004, 2016, 2028)

 

Onların həyatda varlanmaq üçün bir çox yolları olur. Asanlıqla bir addım öndə dayanır və pul qazanmaq fürsətlərindən istifadə edə bilirlər. Onlar üçün maddi qazanc əldə etmənin ağıllı üsullarından biri də güclü əlaqələr qurmaq, yaxşı dostlar qazanmaqdır. Çox sosialdırlar və "qartopu" effekti ilə əllərindəki maddi ehtiyyatları qısa zamanda çoxaltmağa qadirdirlər. 

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...