Ömürlük həbsə məhkum edildi, günahsız olduğu 28 il sonra üzə çıxdı – FOTO

Ömürlük həbsə məhkum edildi, günahsız olduğu 28 il sonra üzə çıxdı – FOTO

ABŞ-da adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən şəxsin 28 ildən sonra günahsız olduğu anlaşılıb. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Missuri ştatında 28 ildir həbsdə olan 50 yaşlı Lamar Consonun günahsız olduğu üzə çıxıb. 
Qətlə görə ömürlük həbs cəzasına məhkum edilən Consonun cinayəti törətmədiyinə dair etibarlı sübutlar tapılıb. 


Vəkilləri Consonun ailəsi ilə yenidən görüşməyi planlaşdırdığını və ondan oğurlanan vaxtı heç bir şeyin geri qaytara bilməyəcəyini açıqlayıblar. 


Qeyd edək ki, vəkil Kim Qardner sübutlar tapıldıqdan sonra ötən ilin avqust ayında Consonun azadlığa buraxılması üçün müraciət edib. Conson 1994-cü ildə iki maskalı şəxs tərəfindən Markus Boydu güllələyərək öldürülməsi işində mühakimə olunub. Polis və prokurorlar qətlin narkotik satışı ilə bağlı mübahisə zəminində törədildiyini açıqlayıb. Conson isə cinayət anında hadisə yerindən kilometrlərlə uzaqda olan sevgilisinin yanında olduğunu bildirib.

 

Conson ömürlük həbs cəzasına məhkum edilərkən, hadisənin ikinci şübhəlisi Fil Kempbell isə günahını etiraf edərək cəzasını yüngülləşdirib və 7 il müddətinə azadlıqdan məhrum olunub. Başqa bir qətlə görə ömürlük həbs cəzası alan 46 yaşlı Ceyms Hovard isə ifadə verib ki, Boydu Kempbelllə birgə öldürüb, lakin Conson onların yanında olmayıb.

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...