İlon Mask hamıya meydan oxudu: “Bir il də gözləyin …” 

İlon Mask hamıya meydan oxudu: “Bir il də gözləyin …” 

Məşhur iş adamı İlon Mask daha bir il “Twitter”i idarə edəcək.

Sfera.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib. 

Mask bildirib ki, bir il sonra vəzifəsini təhvil verəcək.

İş adamı bir il ərzində yeni alınan şirkətin rəhbərliyində qalacağını və işləri yoluna qoymadan onu yeni baş menecerə təhvil verməyəcəyini vurğulayıb. 

Dubayda keçirilən "Dünya Hökuməti Zirvəsi"nə video konfrans vasitəsilə qatılan Mask ilk olaraq “Twitter”i sabit və maliyyə cəhətdən sağlam görmək istədiyini deyib. 

“Tesla” və “SpaceX”in də sahibi olan 51 yaşlı iş adamı “Mən şirkətdəki təşkilatı işləri sabitləşdirməliyəm və maliyyə cəhətdən sağlam bir yerdə olduğundan, eləcə də məhsulun yol xəritəsinin aydın şəkildə tərtib edildiyindən əmin olmalıyam. Düşünürəm ki, bu ilin sonuna doğru şirkəti idarə edəcək başqa birini tapmaq olar. İnanıram ki, həmin vaxta qədər şirkət stabil vəziyyətə gələcək”.


Maskın son zamanlarda “Twitter”ə fokuslanması “Tesla” investorlarının reaksiyasına səbəb olur. O, çıxışında “Tesla” və “SpaceX”in performansından da söz açıb və hər iki şirkətin maliyyə cəhətdən əvvəlkindən daha yaxşı olduğunu müdafiə edib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...