Kim Çen Indan qızı ilə bağlı daha bir gözlənilməz QƏRAR - FOTO

Kim Çen Indan qızı ilə bağlı daha bir gözlənilməz QƏRAR - FOTO

Şimali Koreya lideri Kim Çen In qızı Çu En ilə bağlı daha bir gözlənilməz qərar verib. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, o, qızı ilə çəkdirdiyi şəklin rəsmi poçt markalarına vurulmasını əmr edib. Ölkədə yeni buraxılacaq poçt markalarının üzərini bundan sonra Kim Çen Inla qızının fotosu bəzəyəcək. Həmin foto isə ölkə lideri ilə qızının raket sınaq meydançasında olduğu anları əks etdirir. Qeyd edək ki, Kim Çen Inın azyaşlı qızı ilə raketləri izləməsi daha öncə dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu. 


Dövlət tərəfindən idarə olunan “Korea Stamp Corp.” şirkətinin saytında yerləşdirilən məlumata görə, yeni poçt markaları cümə günündən etibarən istifadəyə veriləcək. 
Bütün bunlar təxminən 10 yaşında olan Çu Enin atasının varisi ola biləcəyi ilə bağlı şayiələri gücləndirib. 


Xatırladaq ki, bu yaxınlarda Kim Çen In səlahiyyətlilərə ölkədə qızı ilə eyni adı daşıyan şəxslərin adlarının dəyişdirilməsini tapşırıb.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR