İndiyə qədər ən çox UNO haralarda müşahidə olunub? – FOTO/XƏRİTƏ 

İndiyə qədər ən çox UNO haralarda müşahidə olunub? – FOTO/XƏRİTƏ 

Son günlər ABŞ və Kanada, ümumiyyətlə, dünya mediasının gündəmi 1 həftə ərzində 4 Uçan Naməlum Obyektin (UNO) vurulmasıdır. 


Pentaqonun bu UNO-ların yadplanetlilərə məxsus olma ehtimalını istisna etməməsi sosial media istifadəçilərinin də məsələni diqqətdə saxlamasına səbəb olur. 
Artıq UNO ilə bağlı dünyanın müxtəlif yerlərindən gələn rəsmi və qeyri-rəsmi bildirişlər bir araya gətirilərək xəritə hazırlanıb. Beləliklə, indiyə qədər nə qədər UNO-nun müşahidə edildiyi və onların ən çox hansı ərazilərdə görüldüyü aydınlaşdırılıb. 


Sfera.az xarici mediaya istinadən bildirir ki, son 5 il ərzində ABŞ üzərində 26 mindən çox UNO-nun uçduğu məlum olub. 

 

UNO Hesabat Mərkəzi (NUFORC) əldə olunan məlumatlara əsasən ştatlar üzrə bu müşahidələrin sayını vizuallaşdırıb. “Daily Mail” qəzetinin hazırladığı xəritəyə görə, bu baxımdan Kaliforniya birinci, Florida və Nyu York isə ikinci yerdədir.

 

1998-ci ildən bu yana Kaliforniyada 15 min 562, Floridada 7 min 870 və Nyu Yorkda 5 min 567 UNO görülüb.


Digər ölkələrdə isə indiyədək 10 836 UNO müşahidə olunub. 

 

Maraqlıdır ki, ən çox UNO müşahidə edilən ştatlar həm də Hərbi Hava Qüvvələrinin bazalarına ev sahibliyi edirlər. Bu bazalarda müntəzəm olaraq ABŞ-ın yeni texnologiya ilə təchiz edilmiş uçan cihazları sınaqdan keçirilir. 

 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...