Türkiyədə zəlzələdən zərər çəkənlər üçün tikiləcək binaların sayı AÇIQLANDI

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün tikiləcək binaların sayı AÇIQLANDI

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində itirilmiş mənzil fondunu kompensasiya etmək üçün 300 minə yaxın yeni yaşayış binası tikiləcək .

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayımlayıb.

 

Məlumatda qeyd olunub ki, genişmiqyaslı yoxlama zamanı 211 mindən çox binaya ciddi və ya kritik ziyan dəydiyi bəlli olub. 

 

Ümumilikdə 370 minə yaxın binaya baxış keçirilib. Zərər çəkmiş on əyalətdə 400 000 binanın yenidən qurulması lazım gələcək ki, bunun da təxminən 300 000-i mənzil fonduna aiddir.

 

Türkiyənin Mənzil və Şəhərsalma İdarəsi artıq yenidənqurma planını həyata keçirməyə başlayıb. Birinci mərhələdə 30 min bina tikiləcək, iyuna qədər isə bu rəqəm 100 minə çatacaq.

 

Mütəxəssislər dağıdılmış binaların 98%-nin ölkədə dağıdıcı zəlzələnin yaşandığı 1999-cu ildən əvvəl tikildiyini aşkar ediblər.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 9 saatlıq fasilələrlə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Son məlumatlara görə, Türkiyədə 35400-dən çox insan təbii fəlakətlərin qurbanı olub, 105 000-dən çox insan xəsarət alıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR