“Marketlərdə 10, 20, 50 qəpiyə paketlər də satılsın” - TƏKLİF

“Marketlərdə 10, 20, 50 qəpiyə paketlər də satılsın” - TƏKLİF

“Əslində marketlər o paketləri müştəriyə hər zaman pulla satıb. Sadəcə qiymətini çekə ayrıca vurmayıb”.

 

Sfera.az bildirir ki,bunu tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba deyib .

 

O qeyd edib ki, mağazalar həmin paketləri pulla alır və onun ümumi xərcini satdığı məhsulların üzərinə qoyur:

 

“2-3 kilo meyvə, 3-5 ədəd sabun və şampun, su, süd, qatıq və s. alarkən onların qiymətinin yarım qəpikdən də az hissəsi, bəzən 1/3 - 1/5 qəpik qədər hissəsi məhz paketin qiyməti olurdu. Belə az olduğu üçün də hiss olunmurdu. İndi isə məqsəd politilen paketlərin qiymətini müştəriyə ayrıca hiss etdirməkdir. Paketin içinə yığılan məhsulun sayından asılı olaraq, bu qiymət fərqi bir neçə dəfə baha da ola bilər. Bu da normaldır. Paketlər real qiymətindən bir neçə dəfə baha satılmalıdır ki, istehlakçı onu bir neçə dəfə istifadə etsin - ətraf mühitə daha az ziyan vermək üçün. 1 paketin qiyməti 5 qəpikdən başlasa, bu məqsədə daha çox xitab etmiş olar”.

 

Ekspert bildirib ki, marketlər həmin paketlərin qalınlığını artırsa, daha yaxşı olar:

 

“Bu, qanunla tələb olunmalıdır. Həmçinin, müştəriyə daha ekoloji alternativlər də təklif edilməsi yaxşıdır -  marketlərdə 10, 20, 50 qəpiyə kağız, parça, həsir materiallardan paketlər də satılsın. Yəqin ki, tədricən, bir neçə ilə bu da reallaşacaq”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR