ABŞ Rusiyaya “Viagra” satışını QADAĞAN ETDİ

ABŞ Rusiyaya “Viagra” satışını QADAĞAN ETDİ

“Viagra” brendinin sahibi olan ABŞ-ın “Viatris” şirkəti bu məhşur dərmanın Rusiyaya ixracını dayandırıb. 


Sfera.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Sənaye və Ticarət Nazirliyindən məlumat verilib. 


Nazirlikdən bildiriblər ki, şirkət 2022-ci ildə “Viagra” tabletlərinin tədarükünün dayandırılması barədə məlumat verib. 


Sənaye və Ticarət Nazirliyinin məlumatına əsasən, “Viagra” və oxşar dərmanlar Rusiyada hələ də istehsal olunmur.


Vasif


OXŞAR XƏBƏRLƏR