Putin müharibənin taleyi ilə bağlı həlledici BƏYANAT VERƏCƏK - 6 GÜN...

Putin müharibənin taleyi ilə bağlı həlledici BƏYANAT VERƏCƏK - 6 GÜN...

“Putin Federal Məclisə müraciəti zamanı münaqişə ilə bağlı sürətli həll yolları təklif edə bilər”.

 

Sfera.az bildirir ki, bunu rus politoloq Dmitri Solonnikov deyib.

 

Ekspert Rusiya liderinin kadr təyinatları və ya xüsusi əməliyyatla bağlı qanun layihələrinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini istisna etməyib:

 

“Unutmayın, bir dəfə mesaj hökumətin istefası və böyük kadr dəyişikliyi ilə bitmişdi. Ola bilsin ki, bu dəfə də oxşar hadisə baş verəcək. Ehtimal var ki, prezident nəyisə tez həll etməyi təklif etsin”. 

 

Solonnikov onu da vurğulayıb ki, politoloqlar Putinin Sankt-Peterburq və ya Stalinqrada səfəri zamanı xüsusi əməliyyatın bütün gələcəyini həll edən bəyanat verəcəyini güman edirdilər. Mütəxəssisin sözlərinə görə, proqnozlar özünü doğrultmasa da, yenə belə bir gözlənti var.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək.

 

Türkan


OXŞAR XƏBƏRLƏR