Çavuşoğlu Ankarada erməni həmkarı ilə nədən danışdıqlarını açıqladı

Çavuşoğlu Ankarada erməni həmkarı ilə nədən danışdıqlarını açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla Bakı-İrəvan danışıqlarının mövcud durumu ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Sfera.az xəbər verir ki, Çavuşoğlu bu barədə Ankarada Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

 

“Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş regionda əlverişli atmosferin yaradılmasına kömək edəcək. Bu gün biz ölkələrimiz arasında münasibətlərin normallaşması və bu məsələdə gələcək addımları müzakirə etdik. Həmçinin həmkarım Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə aparılan danışıqlar barədə mənə məlumat verdi”, - Çavuşoğlu deyib.

 

Nazir Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözləyir ki, bu da onun sözlərinə görə, regionda əlverişli vəziyyət yaradacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR