Yanvarda Azərbaycan neçə milyon kilovat saat enerji ixrac edib? - RƏQƏMLƏR

Yanvarda Azərbaycan neçə milyon kilovat saat enerji ixrac edib? - RƏQƏMLƏR

Bu il elektrik enerjisinin ixracında böyük artım qeydə alınıb. 


Sfera.az xəbər verir ki, yanvarda Azərbaycan 72,4 milyon dollar dəyərində 548 milyon kVt/saat elektrik enerjisi satıb. 


Ötən ilin yanvarında elektrik enerjisinin ixracı 74 min dollar olmuşdu. On iki aylıq ixrac dəyəri isə 121,6 milyon dollar təşkil edirdi. 


Bu ilin ilk ayında elektrik enerjisi ixracının kəskin artması maraq doğurur. 


Kəskin artımdan sonra qeyri neft-qaz ixracında elektrik enerjisinin payı 30 faizə çatıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR