Azərbaycana avtomobil idxalı yenidən ARTIR

Azərbaycana avtomobil idxalı yenidən ARTIR

2022-ci ildə ölkəmizə avtomobil idxalında müşahidə edilən azalma 2023-ü ildə yenidən yüksəlişə keçib. 


Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ötən ilin birinci ayında 5 685 ədəd olan avtomobil idxalı bu ilin yanvarında 6 881 ədədə çatıb. 


Avtomobil idxalının böyük hissəsi minik avtomobillərinin alışının artması ilə bağlı olub. Bu il minik avtomobillərinin idxal sayı 5 231 ədəddən 6 458 ədədə yüksəlib.


Minik avtomobillərinin idxalı artsa da, hibdrid avtomobillərin idxal sayı azalıb. Əvəzində isə elektriklə işləyən avtomobillərin sayı artıb. 


Hibrid avtomobillərin idxal sayı ötən ilin yanvarında 1 137 ədəd olduğu halda bu il 933 ədədə qədər azalıb. Elektrik avtomobillərin idxal sayı isə əksinə 13 ədəddən 119 ədədə yüksəlib. 


Digər avtomobil növlərinin idxal sayında isə kəskin dəyişiklik baş verməyib. 


Vasif


OXŞAR XƏBƏRLƏR